Azərbaycan məşhur yapon serialında - Foto

Azərbaycan məşhur yapon serialında - Foto
MAQAZİN
01:13 17.10.2026
135
Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq.

Serialın Azərbaycanda çəkilişləri başa çatıb.

Azərbaycan Turizm Bürosu (ATB) "Tokyo Broadcasting System Television, Inc." (TBS) ilə əməkdaşlıq çərçivəsində postprodakşn mərhələsinə dəstək göstərib.

Serialın auditoriyasına Azərbaycanı daha geniş tanıtmaq məqsədilə TBS və "Vivant"ın tanıtım kanalları vasitəsilə xüsusi kommunikasiya kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində sosial media paylaşımları, media və qəzet materialları, serialın rəsmi internet səhifəsində Azərbaycana həsr olunmuş xüsusi məzmun, bələdçi kitabı, aktyorların iştirakı ilə televiziya proqramları və çəkilişlərin pərdəarxası görüntülərinin təqdim edilməsi nəzərdə tutulur.

Serialın ikinci mövsümü Yaponiyada TBS, U-NEXT və "TVer" platformalarında yayımlanacaq, daha sonra isə "Netflix" vasitəsilə beynəlxalq auditoriyaya təqdim olunacaq.

"Vivant" serialının ilk mövsümü Yaponiyada 60 milyondan çox tamaşaçıya çatıb. İkinci mövsümdə Azərbaycanın geniş təqdim olunması ölkənin təbii və mədəni irsinin beynəlxalq auditoriyaya çatdırılmasına, eləcə də müxtəlif turizm məkanlarına marağın artırılmasına xidmət edəcək.

Bundan əlavə, TBS ilə əməkdaşlıq çərçivəsində bu ilin əvvəlində "World Heritage" proqramının çəkilişləri Azərbaycanda həyata keçirilib. Proqram vasitəsilə ölkənin turizm məkanlarının Yaponiyada tanıdılması istiqamətində iş aparılıb.
 
///oxu.az///
 


OXŞAR XƏBƏRLƏR