Azərbaycan Milli QHT Forumundan Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı bəyanat

Azərbaycan Milli QHT Forumundan Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı bəyanat
SİYASƏT
23:40 30.06.2025
554
Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda deyilir: "Biz Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq.

2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir.

Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki, azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanın ən azı səssiz razılığı ilə sanksiyalaşdırılır.

Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bu mövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrinin mövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrin inkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərinin sərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusi diqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilə təsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdir edirik.

Biz Azərbaycan dövlətini çağırırıq ki, Rusiya Federasiyası tərəfindən azərbaycanlılara qarşı təhdid, hədə-qorxu və şantaj siyasətinin davam etdiyi indiki şəraitdə bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq və münasibətlər yenidən nəzərdən keçirilsin. Bu baxımdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, tamaşaları, sərgiləri ləğv etməsini təqdir edirik.

Ötən ilin sonu Rusiya səmasında vurulmuş AZAL təyyarəsi ilə əlaqədar bu günə qədər də günahkarların müəyyən edilərək mühakimə edilməməsi göstərir ki, Rusiya hakimiyyəti bu dəhşətli cinayətlərin açılmasında maraqlı tərəf deyil. Biz şəffaflıq, ədalət, qarşılıqlı hörmət tələb edirik.

Yekaterinburq şəhərində baş vermiş sonuncu cinayət əməli də yalnız Səfərovlar ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. Hər birimiz özümüzü Səfərovlardan biri hesab edirik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb