Azərbaycan millisi - 20!

İDMAN
12:39 17.09.2012
1254
Bu gün futbol üzrə Azərbaycan milli komandasının tarixində çox mühüm bir gündür.Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasıtarixinin ilk oyununu 1992-ci il məhz sentyabrın 17-də keçirib.Həmin gün Gürcüani şəhərinə səfər edən millimiz Gürcüstanla yoldaşlıq matçına çıxıb. Nazim Süleymanovun ilk qolumuzun müəllifi olduğu qarşılaşmada komandamız 3:6 hesabı ilə məğlub olub.20 yaşlı yığmamız bu müddətdə 189 oyuna çıxıb. Millimiz 34 qələbə qazanıb, 47 heç-heçə edib və 108 dəfə uduzub. Bu qarşılaşmalarda 133 top vuran futbolçularımız 336-nı buraxıb.

OXŞAR XƏBƏRLƏR