Azərbaycan millisi Bolqarıstana qalib gəlib

Azərbaycan millisi  Bolqarıstana qalib gəlib
İDMAN
18:14 15.03.2025
142
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsindəki ikinci oyununda qələbə qazanıb.

AZXEBER.COM  xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstana qalib gəlib.

Bayıl stadionunda təşkil olunan görüşdə yığma 3:2 hesablı qələbəyə sevinib. Təmsilçilərimizin heyətində Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) fərqləniblər.

Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.
OXŞAR XƏBƏRLƏR