Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstanla üz-üzə gələcək

Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstanla üz-üzə gələcək
İDMAN
09:52 15.03.2025
99

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

"Report" xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gələcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri qarşılaşacaq.

Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.

OXŞAR XƏBƏRLƏR