Azərbaycan millisi bu gün Kiprlə qarşılaşacaq

Azərbaycan millisi bu gün Kiprlə qarşılaşacaq
İDMAN
09:20 13.10.2020
707
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

AZXEBER.COM bildirir ki, Albaniyanın Elbasan şəhərində Azərbaycan və Kipr milliləri qarşılaşacaq.  

"Elbasan Arena”da baş tutacaq matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də Kipr millisinə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.
OXŞAR XƏBƏRLƏR