Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib

İDMAN
20:25 06.04.2023
274

Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.


Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1142 xalla 124-cü sırada qərarlaşıb.


Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub. Azərbaycan millisi Avropa komandaları arasında isə 46-cı sıradadır.


Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 43-cü yeri tutub.


Reytinqin zirvəsində dəyişiklik olub. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi liderliyi ələ keçirib. "Tanqoçular” 1840 xala malikdirlər. Fransa yığması ikinci pilləyə irəliləyibsə, əvvəlki reytinqin lideri Braziliya seçməsi üçüncü sıraya düşüb.


İlk "10-luq”:


1. Argentina – 1840 xal


2. Fransa – 1838


3. Braziliya – 1834


4. Belçika – 1792


5. İngiltərə - 1792


6. Niderland – 1731


7. Xorvatiya – 1730


8. İtaliya – 1713


9. Portuqaliya – 1707


10. İspaniya – 1682


AVRO-2024-ün seçmə mərhələsinin F qrupu:


4. Belçika – 1792


22. İsveç - 1558


32. Avstriya – 1508


108. Estoniya - 1182


124. Azərbaycan – 1142


Postsovet məkanı:


30. Ukrayna - 1530


37. Rusiya - 1495


74. Özbəkistan – 1318


77. Gürcüstan – 1311


96. Qırğızıstan - 1225


97. Ermənistan – 1224


98. Belarus – 1210


108. Estoniya – 1182


109. Tacikistan – 1182


112. Qazaxıstan - 1177


124. Azərbaycan – 1142


132. Latviya - 1110


137. Türkmənistan - 1095


146. Litva - 1068


171. Moldova - 972

///report
OXŞAR XƏBƏRLƏR