Azərbaycan millisi FİFA reytinqində 9 pillə gerilədi

İDMAN
15:01 27.11.2014
1472
FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

AZXEBER.COM-un məlumatına görə, noyabrda baş tutan görüşlər siyahıda böyük dəyişikliklərlə nəticələnib.

Hesabat dövründə həm seçmə, həm yoldaşlıq oyunu keçirən millilərdən fərqli, cəmi 1 matça çıxan Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində öz meydanında Norveçə 0:1 hesabı ilə uduzan komandamız 18 xal itirib. Bu itki 9 pillə geriləməklə nəticələnib.

Millimiz indi siyahıda 135-cı yerdədi. Tacikistanla şərik olan komandamız Yeni Zelandiya, Aruba, Əfqanıstan və Qvineya-Bissau kimi ölkələrdən də geri qalır. Burundi, Lixtenşteyn də millimizdən öndədir.

Millimiz və “qonşuları”130 (155). Lixtenşteyn – 219

131 (132). Aruba - 218

131 (130). Qvineya-Bisau – 218

133 (134). Əfqanıstan – 216

133 (131). Yeni Zelandiya - 216

135 (126). Azərbaycan – 215

135 (134). Tacikistan – 215

137 (148). KXDR – 211

138 (136). Vyetnam – 206

139 (132). Qazaxıstan - 205

140 (137). Myanma – 202

İlk “onluğ”un tərkibində də dəyişikliklər olmayıb. Yalnız Uruqvay iki pillə geriləyib ki, bunun da sayəsində Portuqaliya ilə İspaniya 1 addım irəliləyib.

İlk “onluq”1 (1). Almaniya – 17252 (2). Argentina – 15383 (3). Kolumbiya – 14504 (4). Belçika – 14175 (5). Hollandiya - 13746 (6). Braziliya – 13167 (7). Fransa – 11607 (9). Portuqaliya - 11609 (10). İspaniya - 114210 (8). Uruqvay – 1135

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən ikisi irəli, ikisi geri geriləyib. Yığmamıza qalib gələn İtaliya isə mövqeyini qoruyub.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu11 (11). İtaliya – 110319 (14). Xorvatiya – 94666 (59). Bolqarıstan - 50667 (68). Norveç - 500135 (126). AZƏRBAYCAN – 215

148 (157). Malta – 166Qeyd edək ki, qonşu Türkiyə yığması isə 604 xalla 48-cidir. “Ay-ulduzlular” 2 pillə geriləyib.

OXŞAR XƏBƏRLƏR