''Azərbaycan millisi hörmətə layiq komandadır''

İDMAN
16:24 15.10.2012
1311

"Siz hesab edirsiniz ki, Azərbaycanla oyun asan olacaq? Mən belə hesab etmirəm".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello millimizlə oyunöncəsikeçirdiyi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Azərbaycan millisinin hörmətə layiq komanda olduğunu bildirib:"Azərbaycan yığması hörmətə layiq komandadır. Onlar İsraillə heç-heçə etdilər. Halbuki, həmin görüşdə qələbə də qazana bilərdilər. Portuqaliya ilə oyunda isə son dəqiqələrdə iki top buraxdılar.

Üstəlik onlar Moskvaya daha hazırlıqlı gəliblər. Çünki Azərbaycan millisi3 gün əvvəl oyun keçirmədiyindən bizimlə oyuna hazırlaşmağa kifayət qədər vaxtları olub. İlk dəqiqələrdən qol vurmağa çalışmalıyıq. "Gec-tez vuracağıq" deyə düşünmək olmaz. Ona görə də rəqibə qarşı ağıllı və aqressiv oynamalıyıq".

Kapello Azərbaycanla oyunda heyətdə müəyyən dəyişikliklərin olacağını da istisna etməyib:"Heyətdə müəyyən dəyişikliklər olacaq. Oyuna gəldikdə isə meydanda iki komanda mübarizə aparacaq. Biz vəziyyətə uyğun hərəkət edəcəyik. Şimali İrlandiya ilə oyunu xatırlayıram. Onlar 11 nəfərlə müdafiəyə çəkilmişdilər ki, bu da bizə daim hücumda oynamağa imkan verirdi. Əgər Azərbaycan millisi də tamamilə müdafiəyə otursa, oyunu əsasən hücumdan quracağıq. Yox əgər rəqib hücumameyilli oynasa, o zaman müdafiyə diqqət ayırmalıyıq. Futbol təkcə hücumdan ibarət deyil. Müdafiəyə də diqqət yetirmək lazımdır".

OXŞAR XƏBƏRLƏR