Azərbaycan millisi İsrailə qarşı

İDMAN
12:38 07.09.2012
1555

Bu gün "DÇ-2014"ün seçmə mərhələsinin oyunlarına start veriləcək.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan milli komandası seçmə mərhələdə ilk matçına çıxacaq.

Berti Foqtsun komandası doğma azarkeşləri önündə İsrail millisini qəbul edəcək. Millimiz bu görüşdə doğma meydan amilindən maksimum yararlanmağa çalışacaq.

Bakıya iddialı gələn İsrail millisi də seçmə mərhələyə uğurlu start vermək niyyətindədir. Milli komandamızın buna nə dərəcədə imkan verəcəyi böyük marq doğurur.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - İsrail matçı saat 21:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR