Azərbaycan millisi İsveçə qarşı

İDMAN
12:51 22.10.2012
1301

Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.

AZXEBER.COM-un saytının məlumatına görə, yenidən formalaşan komandamızı bu dəfə daha çətin sınaq gözləyir.

İlk turda Rusiyaya 0:5 hesabı ilə uduzan millimiz güclü İsveç qarşısında imtahan verəcək.

Rusiyanın ev sahibliyi etdiyi turnirin ilk matçında isveçlilər Sloveniyanı 6:0 hesabı ilə yenib.

22 oktyabr

14:00. İsveç – AzərbaycanBaş hakim:Olqa Tançi (Moldova)Krımsk. “Qiqant” İdman Kompleksi

17:00. Sloveniya – RusiyaBaş hakim:Zuzana Kovaçova (Slovakiya)Krımsk. “Qiqant” İdman Kompleksi

OXŞAR XƏBƏRLƏR