Azərbaycan millisi Paris Olimpiadasında tarixi nəticəyə imza atdı

İDMAN
19:53 10.08.2024
174
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

AZXEBER.COM xəbər verir ki, final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.

Komandanın çıxışı hakimlər tərəfindən ümumilikdə 66.450 xalla qiymətləndirilib və milli yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.

Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya oəOyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR