Azərbaycan millisi yeni rekord müəyyənləşdirib

Azərbaycan millisi yeni rekord müəyyənləşdirib
İDMAN
23:58 27.03.2026
241
Futbol üzrə Azərbaycan milli komandası tarixinin ən böyükhesablı qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib.
 
AZXEBER.COM xəbər verir ki, yığma bu uğura "FIFA Series - 2026" beynəlxalq turnirində Sent-Lüsiya ilə keçirilən qarşılaşmada nail olub.
 
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 6:1 hesabı ilə darmadağın edib.
 
Bununla da milli komanda əvvəlki rekordunu yeniləyib. Azərbaycan yığmasının bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San-Marino üzərində qazanılıb - 5:1. Həmin qarşılaşma 2018-ci il dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.

Digər böyük qələbələrdən biri isə Lixtenşteyn üzərində qeydə alınıb. Milli 1999-cu ildə keçirilən rəsmi beynəlxalq oyunda rəqibini 4:0 hesabı ilə məğlub edib və uzun müddət bu nəticə rekord kimi qalıb.
OXŞAR XƏBƏRLƏR