"Azərbaycan millisində hər kəs rusca danışır" - Rüfət Dadaşov

"Azərbaycan millisində hər kəs rusca danışır" - Rüfət Dadaşov
İDMAN
14:08 17.10.2018
4072

Millətlər Liqasında Farer adaları (3:0) və Malta (1:1) ilə qarşılaşmada yığma komandamızın formasını geyinən Rüfət Dadaşov klubu "Proyssen”in düşərgəsinə qayıdıb. Matç.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu Almaniyaya dönər-dönməz yerli mətbuata müsahibə verib.

O, həm milliyə dönüşü, həm də geridə qalan iki matçla bağlı danışıb.

- Uzun səfərlərdən sonra yorğunluğunuz varmı?

- Xeyr, hər şey qaydasındadı.

- Yığmada son oyununuz oktyabrın 14-də oldu. Almaniyaya yalnız indi qayıtmağınız təəccüblü deyil?

- Bakıdan Frankfurta, ordan isə Münsterə gəldim. Ardından da diş həkiminə getməli idim.

- Dərhal məşqlərə qoşuldunuz. Daha bir gün dincəlmək istəməzdiniz?

- Xeyr. Hücumçulara bugünkü məşqdə çox iş düşmədi. Mənim üçün kollektivə tez qoşulmaq yaxşıdı.

- Azərbaycan yığmasının heyətində beynəlxalq arenada iki yaxşı oyun keçirdiniz...

- Orda olduğum müddətdə futbolçulardan, məşqçilərdən yalnız müsbət fikirlər eşitdim. Mən də olduqca məmnunam. Əlbəttə ki, Malta ilə heç-heçə etdiyimiz (1:1) üçün məyus oldum. Çox qol vəziyyəti yaratdığın matçda qələbə qazanmaq məcburiyyətindəsən.

- Sizin qol vəziyyətləriniz çox oldu?

- Şəxsən mənim də imkanlarım oldu. Bir epizodda özümə əsəbləşdim. Çünki iki metrlik məsafədən topu qapıdan keçirə bilmədim. Bu məni çox narahat etdi.

- Milliyə qayıtmaq necə hissdi? Anlaşma baxımından problem yaşamadınız?

- Əlbəttə, gözəl hissdi. Rusca danışıram, orda hamı bu dildə danışır. Hətta baş məşqçimiz də, demək olar ki, həmişə rusca danışır. Alman dilində danışan tərcüməçilər var. Bunlar daha çox Dmitri Nazarova görədi.

- Nazarov 2012-2013-cü illərdə "Proyssen”də çıxış edib. Onunla söhbət etdinizmi?

- Əlbəttə, qısa söhbətimiz oldu. Burda çox şeyin dəyişdiyini dedi.

- Hər iki matçda 90 dəqiqə çıxış etdiniz. Bu, əvvəlcədən razılaşdırılmışdı?

- Xeyr, belə bir şey olmamışdı. Yəqin ki, məşqlərdəki hazırlığıma görə, oyunları başdan sona qədər keçirdim. Mən belə düşünürəm. Fikrimcə, pis təsir bağışlamadım. Əlbəttə ki, yenidən yığmaya çağırılacağıma ümid edirəm.

- Növbəti matçlar üçün dəvət nə vaxt olacaq?

- Yəqin ki, növbəti oyunlardan 2 həftə əvvəl.

- Himn səslənərkən oxudunuzmu?

- Xeyr.

- Farer adaları ilə oyun zamanı deyəsən hava soyuq idi...

- Çox soyuq idi, bu, dəlilikdi. Süni örtükdə çıxış etdik. Stadionun ətrafında tikinti sahəsi var idi. Hava isə yağışlı və küləkli idi. Ora fərqli bir dünya idi.

- Amma Bakı isti olardı...

- Bəli. Almaniyadakı kimi, Bakıda hava mülayim idi.

- Oyundan əvvəl, xüsusən də, Azərbaycan mətbuatı sizdən müsahibə almaq istəsə də, hamısını rədd etdiniz. Niyə?

- Oyunöncəsi çox danışmaqdan xoşlanmıram. Bütün diqqətimi matça yönəltməyə çalışdım. Dəvətdən məmnun qaldım və oyunumla mənə olan etimadı doğrultmaq istədim.

- Azərbaycan yığmasının heyətində qol vura bilmədiniz. İndi "Proyssen”in baş məşqçisi "Vyurtsburqer”lə matçda sizdən qol gözləyir. Stress varmı?

- Doğruru. Mən də özümdən bunu gözləyirəm.

- Bəs qol vurmasanız?

- Əgər qələbə qazansaq, hər şey qaydasında olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı