Zlatan Vanev: “Onu cəzalandırmağımızın ən əsas səbəblərindən biri də, dopinq müayinəsinə gəlməməsidir”.
Xəbər verdiyimiz kimi, ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina edib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə apasport.az saytına 21 yaşlı atletin atası Əli Rəhimov məlumat verib.
O bildirib ki, oğlu bundan sonra yarışlarda Qazaxıstan millisinin adından çıxış edəcək. Rəhimov bunu millidə nizam-intizamın olmamağı və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmamağı ilə əlaqələndirib.
Məsələylə bağlı AZXEBER.COM portalı olaraq milli komandanın baş məşğçisi Zlatan Vanev ilə əlaqə saxladıq. Z.Vanev Nicat Rəhimovun qovulmasına aydınlıq gətirib:
“Biz komandadan onu qovmamışıq. Komandanın ümumi nizam-intizam qaydalarına əməl etmədiyi üçün onu cəzalandırmışıq. Bu sadəcə olaraq ona verilən cəzadır. Buna səbəb isə, onun ilin əvvəlindən yığma komandanın məşqlərinə gəlməməsidir. Onu cəzalandırmağımızın ən əsas səbəblərindən biri də, dopinq müayinəsinə gəlməməsidir. Biz dəfələrlə ona məlumat verdik ki, bu yoxlamadan hamı keçməlidir. Ancaq o keçmək istəmədi. Təbii ki, bizdə bütün bunları nəzərə alıb onu cəzalandırdıq”.
AZXEBER.COM portalı məsələylə bağlı Azərbaycan Ağır Atletika Federasiyasından da (AAAF) məlumat öyrənməyə çalışdıq. Federasiyasından portala verilən məlumata görə, sözügedən məsələylə bağlı sabah federasiya tərəfindən mətbuata açıqlama veriləcək.
20 yaşlı olimpiya çempionu...
AZXEBER.COM portalı Nicat Rəhimovun idman fəaliyyəti ilə bağlı bir sıra məlumatlar da əldə edib. Belə ki, Nicat 2010-cu ilin may ayında İspaniyanın Valensiya şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutaraq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarındabirdən qaldırmada 134 kq çəkinin öhdəsindən gələn idmançı, təkanla 161 kq çəkini ram edib. Hər iki yanaşmada bütün rəqiblərini qabaqlayan Rəhimov ümumi nəticədə 295 kq qaldıraraq, Olimpiya çempionu adına layiq görülüb.
20 yaşlı idmançı İsrailin Eylat şəhərindəkeçirilən yarışlarda isə 5-ci yeri tutub.
AZXEBER.COM






