Azərbaycan millisinin baş məşqçisi: “Hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq”

Azərbaycan millisinin baş məşqçisi: “Hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq”
İDMAN
18:58 23.03.2024
274

"Yarışda iştirak edəcək hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq”.

"Report” xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Aleksandr Tarakanov Azərbaycan Güləş Federasiyasının saytına müsahibəsində bildirib.

Mütəxəssis Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq prosesi barədə danışıb: "Vladiqafqazda yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Rusiya, Azərbaycan, Qırğızıstan, Serbiya və Gürcüstandan olan heyətin birgə hazırlıq prosesi baş tutdu. Çox faydalı ümumi fiziki hazırlıq və xalça üzərində taktiki-texniki çalışmalar oldu. Toplanış o qədər yaxşı keçdi ki, hətta Bakıya qayıtdıqdan sonra istirahətə də ehtiyac duymadım. Buna şərait yaratdığı üçün federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Zədəlilərimiz olmasaydı, həmin toplanışda daha geniş tərkibdə iştirak edərdik. Bakıda lisenziya turnirinə son hazırlıq prosesini bir neçə komandayla birgə keçəcəyik. Ancaq komandanın yarışa neçə faiz hazır olduğunu indi deyə bilmərəm”.

Tarakanov millinin heyətində yer alan zədəlilər barədə danışıb: "Bu idman növündə zədələnməmək mümkünsüzdür. Çünki bu, şahmat deyil. Hətta şahmatçının da bəzən başı hərlənir. Güləş ağır idman növüdür. Burada fiziki yüklənmə çox olur. Güləş həm də sürətli idman növüdür, hər şeyi tez etməlisən. Funksional, fiziki və texniki hazırlığın eyni vaxtda qaydasında olmalıdır ki, çempion ola biləsən. Avropada yunan-Roma güləşində rəqabət güclüdür. Ola bilər, hansısa idmançı Avropa çempionatında pis nəticə göstərsin. Ancaq bu, onun zəif güləşçi olduğunu göstərmir. Əminəm ki, onlar Bakıdakı yarışa çox yaxşı hazırlaşacaqlar”.

Baş məşqçi komandanın qarşıdakı yarışda iştirak edəcək heyəti və daxili ab-hava barədə söz açıb: "Əhval-ruhiyyə yüksək səviyyədədir. Hamı lisenziya turnirinə köklənib. Heyəti artıq müəyyənləşdirmişik. Ancaq hələ ki, açıqlamırıq. Son toplanışda hər çəkidə 2 nəfəri nəzərdə tutaraq məşqlərimizi keçəcəyik. Əsas heyətdə nəzərdə tutduğumuz güləşçi zədələnsə, həmin çəkidəki digər idmançımız onu əvəzləməyə hazır olsun. Gözlənilməz hadisələrə hazır olmalıyıq. Bir tərəfdən bunu bizim lehimə qiymətləndirmək olar. Digər tərəfdən güləşçilərə fərqli təsir göstərə bilər. Kim üçünsə adrenalin rolunu oynayacaq, kiməsə isə təzyiq yaradacaq. Bunun öhdəsindən gəlmək üçün psixoloji hazırlıq yüksək səviyyədə olmalıdır. Bu yarışa hazırlıq prosesi çərçivəsində bəzi güləşçilərimizin psixoloq yardımına ehtiyacı var. Ola bilər hansısa güləşçinin ustalıq səviyyəsinə söz ola bilməz, amma psixoloji cəhətdən zəifliyi ona problem yaradar. Məhz psixoloq dəstəyi sayəsində olimpiya çempionu ola bilər”.

O, Azərbaycan millisinin lisenziya şanslarını da dəyərləndirib: "Bunu demək çətindir. Yarış bunu göstərəcək. Turnirdən öncə proqnoz verməyi xoşlamıram. Bütün azarkeşləri bu yarışa dəvət edirəm. İzləsinlər və güləşçilərimizə dəstək olsunlar. Həm yunan-Roma, həm qadın, həm də sərbəst güləş üzrə millinin üzvlərinə öz doğmaları kimi azarkeşlik etməyə çağırıram. Dəstək olun və qələbələrimizə sevinin”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
22:52 23.09.2025
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb  - FOTOLAR
22:34 23.09.2025
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - FOTOLAR
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
22:24 23.09.2025
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
21:33 23.09.2025
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
20:45 23.09.2025
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
20:41 23.09.2025
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan