Azərbaycan millisinin futbolçusu Polşa klubunda debüt edib

Azərbaycan millisinin futbolçusu Polşa klubunda debüt edib
İDMAN
18:18 23.01.2024
205
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubunda debüt edib.

28 yaşlı müdafiəçi Qazaxıstanın "Atırau” komandasına qarşı keçirdikləri yoxlama oyununa start heyətində başlayıb.

Saat 16:30-da start götürmüş matçda hesab hələ ki, açılmayıb.

Qeyd edək ki, Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.
OXŞAR XƏBƏRLƏR