AZXEBER.COM AFFA-ya istinadən verdiyi xəbərə görə, yığma komanda DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq yığması, martın 26-da isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə martın 13-dən 26-dək təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin heyəti açıqlanıb:Kamran Ağayev - "Bakı"Anar Nəzirov - "Qəbələ"Səlahət Ağayev - "Sumqayıt"Rəşad Sadıqov - "Qarabağ"Volodimir Levin - "İnter"Aqil Nəbiyev - "Bakı"Vurğun Hüseynov - "Qəbələ"Ruslan Abışov - "Rubin" (Rusiya)Maksim Medvedev - "Qarabağ"Bədavi Hüseynov - "Qarabağ"Rasim Ramaldanov - "Simurq"Elhad Nəziri - "Petrolul Ploiesti" (Rumıniya)Qara Qarayev - "Qarabağ"Mahir Şükürov - "Neftçi"Rəşad Sadiqov - "Neftçi"Cavid Hüseynov - "Bakı"Elvin Məmmədov - "Bakı"Rahid Əmirquliyev - "Xəzər Lənkəran"Əfran İsmayılov - "Qarabağ"Vüqar Nadirov - "Qarabağ"Vaqif Cavadov - "Qarabağ"Rauf Əliyev - "Bakı"Cihan Özkara - "Sivasspor" (Türkiyə)Rüfət Dadaşov - "Kayzerslautern II" (Almaniya)Pərdis Fərcad-Azad - "Sumqayıt"Qeyd edək ki, Anar Nəzirov və Volodimir Levin martın 14-dən, Elhad Nəziri martın 17-dən millinin heyətinə qoşulacaq. Ruslan Abışov və Cihan Özkaranın millinin heyətinə nə zaman qoşulacağı isə çıxış etdikləri klublarla danışıqlardan sonra müəyyənləşəcək.