Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

İDMAN
20:26 06.12.2022
241
Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığması Ralf Ranqniklə yollarını ayıra bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin Almaniya millisində istefa verən menecer Oliver Birhoffu əvəzləmə ehtimalı var.

Ranqnikdən başqa Matias Zammer, Lotar Matteus və Fredi Bobiç də bu posta namizəddir.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Canni De Byazinin baş məşqçi olduğu komanda oktyabrın 16-da, VI turda eyni yığma ilə Bakıda üz-üzə gələcək.

Ralf Ranqnik daha əvvəl Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.

Bizim Telegram kanalımıza abunə
OXŞAR XƏBƏRLƏR