Azərbaycan millisinin rəqibi: “Ən çətin qruplardan birinə düşmüşdük”

İDMAN
19:10 18.10.2023
222
"Ən çətin qruplardan birinə düşmüşdük”.

Bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində yer aldıqları qrup barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis Azərbaycan yığmasının da mübarizə apardığı F qrupunda sona iki tur qalmış final mərhələsinə vəsiqə qazanmağın böyük uğur olduğunu bildirib: "Bu cür çətin qrupda son oyunlar olmamış hədəfə çatdığımız üçün futbolçularımla fəxr edirəm. Azərbaycanla matçdan sonra da bunu onların özlərinə dedim. Final mərhələsinə vəsiqə qazanmaq inanılmaz hissdir”.

Qeyd edək ki, Avstriya yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gələrək, qrupu ilk iki pillədə bitirməyi təmin edib.
OXŞAR XƏBƏRLƏR