Azərbaycan millisinin rəsmi oyunlarda qazandığı səfər qələbələri - VİDEO

Azərbaycan millisinin rəsmi oyunlarda qazandığı səfər qələbələri - VİDEO
İDMAN
21:52 09.09.2020
845
Millətlər Liqasının II turunda Kiprə 1:0 hesabı ilə qalib gələn yığmamız tarixində 4-cü dəfə səfər oyununda 3 xal qazanıb.

AzxeberSport-un məlumatına görə, bunadək yalnız üç dəfə rəsmi turnirlərin səfər görüşündən zəfərlə qayıdıb.

İlk belə qələbəsini 2009-cu ildə əldə edən komandamız 2 dəfə dünya çempionatının seçmə oyununda, iki dəfə Millətlər Liqasında sevinib. Bütün bu qələbələr quru hesabla olub.

Millimizin səfər qələbələri (rəsmi turnirlərdə)
10 oktyabr 2009. Vaduts. DÇSO. Lixtenşteyn - Azərbaycan - 0:2
4 sentyabr 2016. Serravalle. DÇSO. San-Marino - Azərbaycan - 0:1
11 oktyabr 2018. Torshavn. ML-D. Farer adaları - Azərbaycan - 0:3
8 sentyabr 2020. Nikosiya. ML-C. Kipr – Azərbaycan – 0:1

OXŞAR XƏBƏRLƏR