Azərbaycan millisinin sabiq hücumçusu "Şalke" klubuna keçdi

Azərbaycan millisinin sabiq hücumçusu "Şalke" klubuna keçdi
İDMAN
19:58 12.08.2021
1039
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov karyerasını yenidən Almaniyada davam etdirəcək.

30 yaşlı hücumçu "Şalke"nin II komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Təcrübəli forvard Regional Liqada çıxış edən komanda ilə müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, son olaraq ABŞ-ın "Finiks Rayzinq" klubunun formasını geyinən Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.
OXŞAR XƏBƏRLƏR