Azərbaycan MN: "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır"

Azərbaycan MN: "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır"
SİYASƏT
15:38 21.09.2021
1177
Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab verib.

Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur.
Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq.
OXŞAR XƏBƏRLƏR