Azərbaycan - Monqolustan oyunu başlayıb

İDMAN
20:06 22.03.2024
188

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında "FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR