Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin açıqlamasını təkzib etdi

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin açıqlamasını təkzib etdi
SİYASƏT
21:43 16.08.2021
1133
Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildiriblər.

"Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır", - deyə nazirlikdən əlavə ediblər.
OXŞAR XƏBƏRLƏR