Azərbaycan Müdafiə Nazirliyi: "Xocavənddə ordumuza məxsus tanklar vurulmayıb"

Azərbaycan Müdafiə Nazirliyi: "Xocavənddə ordumuza məxsus tanklar vurulmayıb"
SOSİAL
13:51 04.11.2020
400

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir:

"Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir".

OXŞAR XƏBƏRLƏR