Azərbaycan müğənnilərinin gizli sevgililəri

Azərbaycan müğənnilərinin gizli sevgililəri
MAQAZİN
17:08 16.05.2013
5568

Zaman-zaman mətbuatda şou-biznesin xanım nümayəndələrinin onları maliyyələşdirən şəxslərlə-sponsorlarıyla sevgili olduqları haqda məlumatlar yayılır. Bəzi xanım sənətçilər isə bunu səmimi şəkildə etiraf edirlər. Təbii ki, söhbət onların vətəndaş nikahında yaşamasından gedir.

AZXEBER.COM modern.az-a istinadən vətəndaş nikahında yaşayan şou-biznes nümayəndələrinin siyahısını təqdim edir.

Əməkdar artist Mətanət İsgəndərlinin rəsmi evliliyindən Kərim adlı oğlu, Ülkər adlı qızı var. Sənətçinin vətəndaş nikahında yaşadığı bir neçə nəfər olub. Onlardan biri MTN-in 2003-cü ildə itkin düşmüş əməkdaşı Mahir Abdullayevdir. Ancaq bundan sonra da İsgəndərli vətəndaş nikahında yaşayıb. Müğənnin 2010-cu ilin aprel ayının 2-də Lent.az-a verdiyi müsahibədən:

“– Ərə getmisiniz təzədən?– Yoox, 7-8 ildir... Söz-sözü çəkdi, dedim.– Özünüz də istəməzsiniz ki, sənətinizə pul qoysun?– O əsl Azərbaycan mentalitetli kişidir. Layihə, filan belə şeylərə sponsorluq edilməsinə razı deyil. Özünün o qədər də imkanı yoxdur. Olsa, edir”.

Məntiqlə yanaşsaq, görərik ki, bu müsahibə götürüləndə Mahir Abdullayevin itkin düşdüyü yeddi il idi. Eynilə Mətanət İsgəndərlinin dediyi kimi. Yəni həmin müsahibədə haqında danışılan şəxs Mahir Abdullayev deyil.

“Toylar kraliçası” yarışmasının qalibi, son zamanlar ANS-in efirindən dediyi meyxanalarla daha da populyarlaşan Samirə Yusifqızı da xeyli müddətdir ki, vətəndaş nikahında yaşayır. Sənətçidən 2011-ci ildə aldığım müsahibədə bildirmişdi ki, ilk həyat yoldaşı seçimi valideynlərindən də yaşlı olub: “Həyat yoldaşım 1997-ci ildə dünyasını dəyişdi. Hüquq-mühafizə sistemində çalışırdı, kapitan idi. Əgər yoldaşım sağ olsaydı, sənətə görə heç vaxt ailə dağıtmazdım. Mən onu sevib ailə qurmuşdum və 22 yaş fərqimiz var idi. Təsəvvür edin ki, həyat yoldaşım valideynlərimdən də böyük idi. İndi həyatımda bir nəfər var. Çoxları elə bilir ki, bu münasibət nəyəsə görədir. Ancaq sizə desəm ki, indi həyatımda olan insan taksi sürücüsüdür, bəlkə də inanmazsınız. Sadəcə, mən onu sevdiyimə görə bir yerdəyəm”.

Rəqqasə Fatiməninisə özündən xeyli gənc iş adamı ilə bir yerdə olduğu bildirilir. Lakin bir həftə öncə sənətçi haqda yazdığım yazıdan sonra redaksiyaya zəng vuraraq “ərim nazirlikdə yüksək vəzifədə işləyir” deməsindən sonra yeni versiya ortaya çıxır. Ola bilər ki, həmin şəxs məmurluqla yanaşı, biznes fəaliyyəti ilə də məşğuldur. Qeyd edək ki, Fatimə Fətəliyeva 2011-ci ildə ikinci dəfə ana olub.

Rəqqasə Sevda da vətəndaş nikahında yaşayan sənətçilərin sırasındadır. Hətta təxminən iki il öncə Sevda xanımın həmin şəxsdən hamilə olması ilə bağlı məlumatlar da var idi. Lakin əldə etdiyimiz məlumata görə, sənətçinin səhhətindəki problemlərə görə uşaq tələf olub.

Rəqqasə Aytən isə yaxın zamanlara qədər bir iş adamı ilə vətəndaş nikahında yaşayırdı. Onun ilk nikahından bir övladının olduğu bildirilir.

Müğənni Rəqsanə İsmayılova da tez-tez sevgililərini dəyişməsi ilə gündəmə gəlir. Xatırlayırsınızsa, sənətçi təxminən bir il əvvəl Faiq adlı sevgilisindən qalmaqallı şəkildə ayrılmışdı. İsmayılovanın kiçik qızı Yağmurun atasının kim olduğu da mediaya bəlli deyil. Amma müğənni jurnalistlərlə söhbətində belə bir cümlə işlədib: “Diqqətlə fikirləşsəniz qızımın atasının kim olduğunu bilərsiniz. Həmin insan da sənətdədir”.Qeyd edək ki, Rəqsanənin ilk və son rəsmi evliliyi 1997-ci ildə 18 yaşında ikən olub.

“Yeni ulduz” müsabiqəsinin qalibi, son vaxtlar tez-tez Almaniya turnesinə çıxan müğınni İlhamə Qasımova da bir dəfə rəsmi şəkildə ailəli olub. Sənətçinin övladı yoxdur. Qasımova özü də etiraf edib ki, hazırda vətəndaş nikahında yaşadığı şəxs var:“Amma nə birinci, nə də ikinci nikahdan övladım var. Ona görə yox ki, bunu istəmirəm. Sadəcə buna vaxtım olmayıb. İndinin özündə də çox istəyirəm ki, uşağım olsun. Rəsmi nikaha girmək istəmirəm. Düşünürəm ki, bu, artıqdır. Bizim kəbinimiz var və bu, kifayətdir. Rəsmi nikah sadəcə pasportda möhürdən başqa bir şey deyil. Ərim mənim dayağımdır. Məni dəstəkləyir, yaradıcılığımda kömək edir, qətiyyən qısqanmır və ən başlıcası da budur”.

Xalq artisti Aygün Kazımova ilk dəfə 1989-cu ildə ailə həyatı qurub. Amma bundan sonra sənətçinin vətəndaş nikahında yaşadığı bir neçə şəxs olub. Həmin şəxslər arasında iş adamlarının daha çox olduğu qeyd edilir. Xalq artistinin əvvəllər eks-spiker Rəsul Quliyevin bacısı oğlu Rza Quliyevlə vətəndaş nikahında yaşadığı barədə də informasiya var. Amma bu elə Rəsul Quliyevin spiker olduğu dönəmlərə təsadüf edir. Kazımovanın vətəndaş nikahında yaşadığı insanlar arasında ən tanınmışı isə meyxanaçı Namiq Qaraçuxurludur. Özlərinin də dolayısıyla etiraf etdiyi kimi, Qaraçuxurlu və Kazımova 2004-2011-ci illərdə sevgili olublar. İndi isə meyxanaçı ailə qurmağa hazırlaşır, Kazımova isə yenidən sevdiyini deyir.

Model Səbinə Allahverdiyeva ilə bəstəkar-müğənni Pərviz Mahmudov təxminən 3-4 il vətəndaş nikahında yaşayıblar.

Müğənni İranə İlkin isə Elşad Abdullayevin yaydığı videoqalmaqalda adı hallanan iş adamı Arzu Kazımovla vətəndaş nikahında yaşayıb. Sənətçinin A.Kazımovdan səkkiz yaşlı qızı var. A.Kazımov hazırda həbsdədir. Xanım müğənni isə bu günlərdə verdiyi müsahibədə yenidən vətəndaş nikahında yaşadığını bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı