"Azərbaycan müharibəyə hazırlaşır" - Paşinyan AÇIQLADI

"Azərbaycan müharibəyə hazırlaşır" -  Paşinyan AÇIQLADI
DÜNYA
14:17 28.06.2022
1779

Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla Azərbaycan yeni müharibəyə legitimlik qazandırmağa çalışır.

Belə bir iddianı Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü onlayn mətbuat konfransında səsləndirib.

Baş nazir delimitasiya və demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı ilkin razılığın əldə edildiyi iki halı qeyd edib. Hər iki dəfə Bakı ya imtina etdi, ya da təxirə salınmasını tələb edib:

"Eyni hal nəqliyyat kommunikasiyası ilə bağlıdır: Azərbaycan elə bir görüntü yaradır ki, Ermənistan üçtərəfli bəyanatı pozur və nəqliyyat kommunikasiyalarının açılmasına qarşı gedir”.

Paşinyan iddia edib ki, əslində reallıq başqadır: Bakı 30 ildir Ermənistanın blokada siyasətini aparıb və bunun hazırda effektli hesab edir, ona görə də kommunikasiyaların açılmasını ləngidir.

O bildirib ki, İrəvan kommunikasiyaların açılmasında maraqlıdır, çünki bu halda İran və Rusiya ilə dəmiryol əlaqəsi qurulacaq, həmçinin, Mehri-Arazdəyən istiqamətində Ermənistan alternativ yol əldə edəcək.

Qeyd edək ki, Paşinyan tamamilə yalan danışır. Məsələ budur ki, delimitasiya və demarkasiyanın hansı xəritələrlə aparılması barədə Ermənistan mövqeyini tez-tez dəyişir: gah anklavların "hər iki ölkədə” qalmasını istəyir, gah isə 1986-87-ci illərdə otlaq sahəsi kimi Ermənistana icarəyə verilən torpaqları geri qaytarılmamağa çalışır.

Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsində də manipulyasiya edir. Nikol Paşinyan "Azərbaycanın ərazi bütövlüyünün Qarabağa dəxli yoxdur” kimi absurd, riyakar və həyasız bəyanat verməkdən çəkinmir.

Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev rəsmən elan etdi ki, 10 noyabr 2020-ci il bəyanatı ərəfəsində şifahi razılıq əldə olunub və Ermənistan "dqr”, "status” adı çəkməyəcəyinə söz verib.

Ancaq N.Paşinyan məhz bu müsahibəsində belə "Azərbaycan Ermənistana və Qarabağa qarşı müharibəyə hazırlaşır” kimi ifadə ilə həyasızcasına yenə də Qarabağdakı rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdən "ayrıca qurum” kimi danışmağa səy göstərir.

Onun Lavrovun əleyhinə çıxması isə onu göstərir ki, Paşinyan yeni oyunu yenə Avropanın bəzi dövlətlərinin sifarişi ilə oynamaq istəyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi