“Azərbaycan müxalifəti siyasi proseslərdə dialoqun hər zaman tərəfdarı olub” - Fuad Qəhrəmanlı

“Azərbaycan müxalifəti siyasi proseslərdə dialoqun hər zaman tərəfdarı olub” -  Fuad Qəhrəmanlı
15:30 12.03.2013
907
“Azərbaycan müxalifəti siyasi proseslərdə dialoqun hər zaman tərəfdarı olub”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına münasibət bildirərkən söyləyib.
“Dialoq məsələsi zaman-zaman gündəmə gəlib və hər dəfə də Azərbaycan hakimiyyətinin müxalifətə qarşı sərt münasibətinə görə bu dialoq çağırışları alınmayıb. Azərbaycan müxalifəti siyasi proseslərdə dialoqun hər zaman tərəfdarı olub. Bununla bağlı İctimai Palata (İP) tərəfindən “Demokratiyaya Yumşaq Keçidin YolXəritəsi” adlı layihəsi hakimiyyətə təqdim edilmişdi. Burada müxalifətlə iqtidar arasında dialoqun keçirilməsi də vurğulanmışdı. Ancaq bu təkliflər nəzərə alınmadı. Azərbaycan hakimiyyəti öz siyasətində korrektələr etməyincə, siyasi proseslərin demokratik məcrada inkişafı ilə bağlı islahatlar aparmadıqca dialoq çağırışları səmimi görünməyəcək”.
Qeyd edək ki, Əli Həsənov jurnalistlərə açıqlamasında müxalifətlə, mətbuat orqanları ilə, siyasi partiyalarla dialoq həyata keçiriləcəyini bildirib.Əfsələddin Ağalarov
OXŞAR XƏBƏRLƏR