“Azərbaycan nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir”

İQTİSADİYYAT
20:06 12.01.2022
137
"Azərbaycan unikal, bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir”.

AZXEBER.COM-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə ixrac idxalı böyük dərəcədə üstələyib. Müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür”, - Prezident vurğulayıb.

OXŞAR XƏBƏRLƏR