Azərbaycan Naxçıvanın vurulmasına görə İrandan izahat gözləyir - Deputatdan açıqlama

Azərbaycan Naxçıvanın vurulmasına görə İrandan izahat gözləyir - Deputatdan açıqlama
SİYASƏT
15:30 19.03.2026
323
Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir. Bunu Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib. 

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev AZXEBER.COM-a bildirib ki, İrandan açıq və şəffaf izahat gözləyirik:

"İrandan açıq və şəffaf izahat gözləyirik. Amma qarşı tərəf hələ də mövqeyini formalaşdırma mərhələsində ola bilər. Bu gün dəqiq açıqlama vermək üçün düşünürəm ki, İranda bununla bağlı təhlillərin aparılması üçün müəyyən qurumlara ehtiyac var. Müəyyən qüvvələrin məsələni təhlil etməsi üçün imkan, vaxt və məkan lazımdır. Hadisələr artıq öz pik nöqtəsinə çatıb”.

Parlamentari qeyd edib ki, İran bu gün regionda həssas balansı qorumağa çalışır:

"İran bu gün regionda həssas balansı qorumağa çalışır. Yəni, məsuliyyəti üzərinə götürmək və ya əksinə, onu inkar etmək gələcək münasibətlərə ciddi təsir göstərə bilər. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq humanitar yardım və qonşuluq siyasəti davam etdirilir.
İran isə bu məsuliyyəti inkar edə bilməz. Bu, məsuliyyətdən yayınma ehtimalı kimi də dəyərləndirilə bilər. Bəzi hallarda dövlətlər birbaşa məsuliyyəti qəbul etməkdən çəkinir və qeyri-rəsmi şəkildə prosesi idarə etməyə çalışırlar. Bu zaman açıq bəyanatdan əvvəl qapalı diplomatik kanallar işə düşür və bu istiqamətdə addımlar atılır. İran dəqiqləşdirilməmiş məlumatlar əsasında çıxış etmək istəmir”. 

Deputat vurğulayıb ki, İranın cavabı münasibətlərə təsir göstərə bilər:

"Xarici işlər naziri Ceyhun Bayramovun fikirləri çox mühümdür və müsbətdir. Biz bu cavabı İrandan gözləyirik və həmin cavabın hansı istiqamətdə olmasından çox şey asılıdır. Münasibətlərimizin formalaşmasında da mühüm rol oynaya bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR