Azərbaycan nefti 2 dollardan çox ucuzlaşdı

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşdı
İQTİSADİYYAT
10:02 16.01.2026
305
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,42 ABŞ dollar azalıb.

AZXEBER.COM xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,42 ABŞ dolları və ya 3,37 % azalaraq 69,29 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR