SOCAR məlumat yaydı.
Azərbaycan neftinin qiyməti artmaqda davam edir.
Bu barədə AZXEBER.COM-a Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən məlumat verilib.
Məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzerLight” markalı neftin bir barelinin qiyməti 0,57% və ya 0,34 dollar artaraq 60,08 dollar olub.