‘Azərbaycan neftlə bağlı ümidlərə son qoymalı , iqtisadi islahatlara başlamalıdır’ - ŞƏRH

‘Azərbaycan neftlə bağlı ümidlərə son qoymalı , iqtisadi islahatlara başlamalıdır’ -  ŞƏRH
İQTİSADİYYAT
18:02 18.04.2016
1624
"Doha toplantısı nefti bahalaşdırmaq əvəzinə bir az da ucuzlaşdırdı. Bu gedişlə neft qiymətləri 30 dollaradək enə bilər". 
Bu sözləri ekspert Qubad İbadoğlu deyib.
İqtisadçı ekspert neftlə bağlı bədbin proqnoz verib: "Altı saat gec başlayıb, 8 saata qədər davam edən neft ixrac edən ölkələrin toplantısının Doha raundu gözlənildiyi kimi nəticəsiz oldu. Bu toplantında 6 ay müddətində neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaq təşəbbüsü ilə çıxış edən Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələr istədiyi qərarı ala bilmədiyindən daha pis duruma düşdülər. Nəticədə də dünya bazarında neft qiymətləri 3,5 faiz ucuzlaşdı, bəzi neft ixrac edən ölkələrin o sıradan Rusiyanın rublu daha da dəyərsizləşdi, hətta Yaponiya və Çində belə qiymətli kağızlar zəiflədi. İranın qatılmadığı bu toplantıdan sonrakı vəziyyət neft ixrac edən ölkələr üçün daha açınacaqlı görsənir. Belə ki, 2017-ci ilin martınadək gündəilk ixracatını 4 milyon barellə çatdırmaq istəyən İran bu gedişlə həmin hədəfə daha tez yaxınlaşa bilər. Bu ölkədə yanız son 1 ayda xam netin ixracatında 600 min barel artım qeydə alınıb. Hazırda gündə 10,4 miyon barel neft ixrac edən Səudiyyə Ərəbistanı isə 9 aydan sonra gündəlik hasilatını 12,5 milyon barelə çatdıra bilər. Artan təklifin və paralel olaraq da azalan tələbin qiymətlərə uculaşdırıcı təsir edəcəyinə artıq şübhələr qalmayıb. Bir çox maliyyə analitiklərinin proqnozlarına görə qısa müddətdə neftin 1 bareli 35 dollaradək uculaşacaq. Hətta bu enişin 30 dollara qədər davam edəcəyini proqnozlaşdıran nüfuzlu ekspertlər də vardır".
Qubad İbadoğlu Azərbaycan hakimiyyətinin neftlə bağlı siyasətinə yenidən baxmalı olduğunu bildirib: "Bu toplantı bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti neftə bağlı nəinki siyasətinə yenidən baxmalı, hətta bu sahədəki ümidlərinə belə son qoymalı və ləngimədən iqtisadi islahatlara başlamalıdır. Birinci rübün nəticələrinə görə, son 20 ildə ilk dəfə olaraq iqtisadiyyatın 3,5 faiz kiçilməsi, son 15 ildə ilk dəfə olaraq xarici ticarət balansında 291,5 milyon dollarlıq mənfi saldonun yaranması artıq islahatların yubanmasının ciddi fəsadlarını ifadə edir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb