Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələlərdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib.
Bu gün Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub.
Nümayəndə heyəti Kahramanmaraşda Azərbaycan hökuməti tərəfindən zəlzələdən zərər çəkənlər üçün qurulmuş çadır şəhərciklərinə baş çəkib və 360 çadırda ailələrə Ramazan bayramı münasibəti ilə yardımlar paylanılıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, bu müddət ərzində daimi olaraq yardımlar davam edib, yenə də davam edəcək. Eyni zamanda zəlzələdən zərər çəkmiş insanlar üçün Azərbaycanın dəstəyi ilə evlərin tikilməsi üçün işlər də başlayır. Nümayəndə heyəti tikinti üçün ayrılmış yerə də baş çəkib.