Azərbaycan Ombudsmanı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan Ombudsmanı beynəlxalq təşkilatlara çağırış edib
SOSİAL
15:05 09.05.2021
376
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva BMT-nin "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” qətnaməsinin icrasına dəstəklə bağlı bəyanat verib.

AZXEBER.COM bəyanatın mətnini təqdim edir:

"Hər il 9 may tarixi İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə günü kimi qeyd olunur. Əslində bu İkinci Dünya Müharibəsindən, nasizm, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla əlaqəli dözümsüzlükdən əziyyət çəkən hər kəsin qələbəsidir.

Buna baxmayaraq, təəssüf ki, bu gün dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir. Ermənistanın paytaxtında Qaregin Njde ləqəbi ilə Alman faşistlərinə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Harutyunyana abidə ucaldılması da buna bir misaldır. Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası da üçüncü reyxlə əməkdaşlıq etmiş Qaregin Njde kimi birmənalı qəbul olunmayan millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atıb.

BMT-nin Baş Assambleyası "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Qətnamədə Baş Assambleya nasizm hərəkatının, neonasizmin və "Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada tərənnüm edilməsi, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin təbliği məqsədilə kütləvi nümayişlər keçirilməsi, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş həmin şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan edilməsinə cəhd olunması yolu ilə təbliği və adlarının küçələrə verilərək ucaldılmasından dərin narahatlığını ifadə edib.

Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi hətta hərbi qulluqçuları və mülki şəxsləri təltif etmək üçün Qaregin Njdenin adına medal təsis edib.

Yuxarıda qeyd olunan qətnamədən görünür ki, BMT nasizmin təbliğ edilməsi, irqçiliyin yeni formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyü artırmaqla cəmiyyətə mənfi təsir göstərə biləcək abidələrin ucaldılmasından ciddi narahatlığını bildirir. Ermənistanın paytaxtı Yerevanda Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi nümunəsində də dünya ictimaiyyəti məhz buna şahidlik edir.

Ermənistan siyasi rəhbərliyi tərəfindən erməni cəmiyyətində nasizmin yüksək səviyyədə təbliğindən narahatlığımızı bir daha ifadə edərək, bütün beynəlxalq insan hüquqları təşkilatlarını insanlığa qarşı yönəlmiş bu cür fəaliyyətlərin dayandırılması üçün zəruri addımlar atmağa çağırırıq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı