Azərbaycan ordusu Ermənistana məxsus pilotsuz uçuş aparatını məhv edib.
AZXEBER.COM Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
