Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlərə başladı

SİYASƏT
00:08 28.11.2013
1659

Təlimlərdə çoxsaylı hərbi texnikadan istifadə olunub

Azərbaycan ordusu cəbhə xəttində irimiqyası hərbi təlimlərə başladı. Qazax rayonunun cəbhəyanı kəndlərindən sayılan Ağköynək kəndi istiqamətində hərbi təlimlərə keçirib. Təlimlərdə çoxsaylı hərbi texnikadan və canlı qüvvədən istifadə olunub. Bu gün saat 15:00 radələrində başlayan təlimlər axşam saat 18:00 radələrinə qədər davam edib. Təlimlər zamanı açılan atəş səsləri ətraf kəndlərdə, o cümlədən Qazax rayon mərkəzində də aydın eşidilib. Təlimlərin neçə gün müddətində davam etməsi ilə bağlı heç bir məlumat verilmir. (anspress)

OXŞAR XƏBƏRLƏR