Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur

Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
SOSİAL
10:55 23.10.2020
512
Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

AZXEBER.COM Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.
OXŞAR XƏBƏRLƏR