"Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir" - Müdafiə Nazirliyi

"Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir" - Müdafiə Nazirliyi
SİYASƏT
15:17 01.10.2020
1010

Müdafiə Nazirliyinin rəsmi məlumatı:

 

Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir.

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.

OXŞAR XƏBƏRLƏR