APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu Nofəl Akif oğlu Yusifov əsgər yeməkxanasının liftinin şaxtasına yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hərbçi hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.