Azərbaycan ordusunun 19 yaşlı əsgərinə güllə dəydi

Azərbaycan ordusunun 19 yaşlı əsgərinə güllə dəydi
10:28 27.03.2013
1047

APA-nın məlumatına görə, hadisə ötən gün cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, dünən cəbhənin sözügedən istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub.  

OXŞAR XƏBƏRLƏR