Azərbaycan Ordusunun döyüş mövqelərində partlayış olub? - Rəsmi açıqlama

Azərbaycan Ordusunun döyüş mövqelərində partlayış olub? - Rəsmi açıqlama
SİYASƏT
21:03 08.08.2018
4986
Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır:

"Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib. Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”.
OXŞAR XƏBƏRLƏR