Azərbaycan Ordusunun giziri yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1982-ci il təvəllüdlü Ramil Bayram oğlu Axundovun əlində qumbara fitili partlayıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlərlə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur AbdullayevAPA-ya faktı təsdiqləyib.