Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak oldu

SİYASƏT
20:45 15.07.2024
350
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanıb.

OXŞAR XƏBƏRLƏR