Azərbaycan hərbçisi Goranboyda minaya düşərək xəsarət alıb

SOSİAL
20:15 10.11.2024
160

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.


Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.


Qeyd olunub ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

OXŞAR XƏBƏRLƏR