Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
SİYASƏT
08:29 14.05.2025
302
Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
OXŞAR XƏBƏRLƏR