Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb - FOTO/VİDEO

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb - FOTO/VİDEO
SOSİAL
14:16 02.03.2023
88
Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən AZXEBER.COM-a məlumat verilib.

Ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

 

 

 


OXŞAR XƏBƏRLƏR