Azərbaycan ordusunun üç generalı ehtiyata göndərildi

Azərbaycan ordusunun üç generalı ehtiyata göndərildi
SİYASƏT
15:23 25.04.2021
1556
Azərbaycan ordusunun üç generalı ehtiyata göndərilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlar - general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyevdir. Onlar yaşa görə ehtiyata buraxılıblar. 

Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi.
OXŞAR XƏBƏRLƏR