Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak oldu

Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak oldu
SİYASƏT
18:46 10.07.2024
699
Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.
OXŞAR XƏBƏRLƏR